Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA YENİ İL TƏBRİKİ

Hörmətli xanımlar və cənablar!

Mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

2003-cü ildə Azərbaycan uğurla inkişaf etmişdir. Ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız güclənmişdir. İkitərəfli münasibətlərdə, regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə olunmuşdur. Bu bizə imkan verir ki, Azərbaycan dünya birliyində daha möhkəm və güclü yer tuta bilsin. Bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.

İqtisadi sahədə ölkəmiz böyük uğurlar əldə etmişdir. İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 11 faiz artmışdır. İstehsal sahələrində ümumi artım 13 faiz təşkil etmişdir, sərmayə qoyuluşu prosesi davam edir. Heç kəs üçün sirr deyil ki, sərmayə qoyuluşu baxımından Azərbaycan nəinki regionda, bütün MDB-də, Şərqi və Mərkəzi Avropada liderliyi saxlayır. Adambaşına düşən xarici sərmayənin həcminə görə ölkəmiz bu mövqeyini saxlamış və daha da möhkəmləndirmişdir. 2003-cü ildə bütün mənbələrdən ölkəmizin iqtisadyyatına 3 milyard 200 milyon dollar sərmayə qoyulmuşdur. Bu proses davam edir və bizə imkan verir ki, Azərbaycanda yeni iş yerləri açılsın, yeni istehsal sahələri, infrastruktur yaradılsın. Bu meyllər gələcəkdə də davam edəcək və böyük həcmdə sərmayə qoyuluşu təmin olunacaqdır.

1994-cü ildən başlayaraq Azərbaycanda neft strategiyası uğurla həyata keçirilir. Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış bu strategiya öz gözəl nəticələrini verməkdədir. Artıq neft strategiyasının əsas mərhələsi başlanmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi uğurla davam etdirilir və yaxın gələcəkdə başa çatdırılacaqdır. Azərbaycan nefti böyük həcmdə dünya bazarlarına göndəriləcəkdir. Bu bizə imkan verəcəkdir ki, ölkəmizin büdcəsinə və Neft Fonduna böyük həcmdə vəsait daxil olsun. Bu da öz növbəsində Azərbaycanın hərtərfli inkişafına gözəl şərait yaradacaqdır.

Sosial sahədə böyük uğurlar vardır. Bu sahə daim rəhbərliyin diqqət mərkəzindədir. 2003-cü ildə bu istiqamətdə böyük addımlar atılmışdır. Heydər Əliyevin Fərmanları ilə büdcədən maliyyələşən təşkilatlarda çalışan 1 milyon 200 min insan öz həyat səviyyəsini yaxşılaşdırmışdır. Onların əmək haqları 50 faiz artırılmış, təqaüdçülərin pensiyaları 40 faiz qaldırılmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcək, sosial proqramlar həyata keçiriləcəkdir. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir.

Eyni zamanda, sosial cəhətdən ən az müdafiə olunan qaçqınların, məcburi köçkünlərin yaşayış səviyyəsi yaxşılaşmışdır. Prezident Heydər Əliyevin Fərmanları ilə böyük sayda qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülmüşdür, onlar üçün yeni şəhərciklər və qəsəbələr salınmışdır. Biz bir neçə ay bundan əvvəl Biləsuvar rayonunun ərazisində salınmış qəsəbənin açılışında iştirak etmişdik. Bu siyasət davam edəcəkdir. Mən öz çıxışlarımda dəfələrlə bildirdiyim kimi, fəaliyyətimin əsas istiqamətlərindən biri ondan ibarət olacaqdır ki, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlər normal şəraitlə təmin olunsun, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmasın. Artıq bununla əlaqədar proqram hazırlanır, yaxın zamanlarda bu proqram təqdim ediləcək və onun icrası təşkil olunacaqdır.

2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Bu, hər bir ölkə üçün çox mühüm bir hadisədir. Ölkənin gələcəyini müəyyən edən mühüm bir hadisə olan bu seçkilərdə Azərbaycan xalqı bir daha göstərdi ki, o, on il bundan əvvəl seçdiyi yolla getmək əzmində və arzusundadır. On il bundan əvvəl xalqın tələbi ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdı. Əgər o, qayıtmasaydı, ölkəmiz çox böyük fəlakətlərlə üzləşə bilərdi. Bu illər ərzində aparılan siyasətin nəticəsində Azərbaycan hərtərəfli inkişaf etdi, qüdrətli dövlətə çevrildi. Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. 2003-cü ildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı yenidən bu siyasətə səs vermişdir. Mən bu etimadı yüksək qiymətləndirirəm. Bir daha bu fürsətdən istifadə edərək, mənə inandığına görə, mənə etibar etdiyinə görə bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Bir daha söz verirəm ki, mən bu etimadı doğruldacağam, xalqa ləyaqətlə xidmət edəcəyəm.

2003-cü il, eyni zamanda, ölkəmiz və xalqımız üçün çox ağır il olmuşdur. Bu ildə xalqımız öz liderini itirmişdir. Ümummilli liderimiz Heydər Əliyev dünyasını dəyişmişdir. Bu, hamımız üçün böyük faciədir, böyük dərddir.

Ancaq bu faciə bizi ruhdan salmamalıdır. Biz daha da sıx birləşməliyik, Heydər Əliyevin qoyduğu yolla getməliyik, onun başladığı işləri davam etdirməli və başa çatdırmalıyıq. Mən əminəm ki, belə də olacaqdır. Dekabrın 15-də onun xatirəsinə göstərilən böyük hörmət və ehtiram bir daha göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, qüdrətli xalqdır. Biz hamımız birlikdə bu faciəni də yaşamaq məcburiyyətindəyik. Biz bunu edəcəyik, daha da sıx birləşərək ölkəmizi daha da gücləndirəcəyik. Heydər Əliyevin istədiyi səviyyədə, onun qoyduğu yolla gedəcəyik və əminəm ki, bu yol bizə böyük xoşbəxtlik gətirəcəkdir.

2004-cü il ölkəmiz üçün çox mühüm bir il olacaqdır. Azərbaycanda həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. İqtisadi baxımdan 2004-cü il bizim üçün çox önəmli olacaqdır. Bu ildə Azərbaycanın gələcək iqtisadi potensialını xeyli dərəcədə müəyyən edəcək Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib istifadəyə veriləcəkdir. 2004-cü ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həyata keçirilməsi istiqamətində böyük addımlar atılacaqdır. Yoxsulluqla mübarizə davam etdiriləcəkdir. Yeni iş yerlərinin açılması istiqamətində əməli tədbirlər görüləcəkdir.

Bütün bu görüləcək işlər bizə imkan verəcəkdir ki, Azərbaycan daha da güclənsin və ölkəmiz daha yüksək pilləyə qalxa bilsin. Mən əminəm ki, biz hamımız birlikdə qarşıda duran bütün məqsədlərə nail olacağıq.

Ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Artıq bu istiqamətdə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir. Azərbaycan ordusu güclü bir ordudur. Biz çalışacağıq və əminəm, nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin.

2004-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində də yeni mərhələ başlana bilər. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə daha ciddi məşğul olacaq, beynəlxalq ictimaiyyət işğalçıya daha güclü təzyiq göstərəcək və haqq-ədalət öz yerini tapacaqdır. Bu istiqamətdə Azərbaycanın siyasəti dəyişməz olaraq qalır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm və bir daha bildirirəm ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında öz həllini tapa bilər. İşğal olunmuş torpaqlar azad olunmalıdır, bir milyon qaçqın-köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu münaqişə ancaq bu prinsiplər əsasında öz həllini tapa bilər. Biz ümidvarıq ki, beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri, habelə Minsk qrupunun həmsədrləri bu istiqamətdə daha da fəal və ədalətli fəaliyyət göstərəcəklər.

Əziz dostlar!

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu münasibətlə mən sizi təbrik edirəm, dünyada yaşayan bütün azərbaycanlıları həmrəyliyə, birliyə dəvət edirəm.

Əziz həmvətənlər!

Əziz xanımlar və cənablar, bacılar və qardaşlar!

2003-cü il arxada qalır. Qarşıda bizi böyük işlər gözləyir. Mən sizin hamınıza bu işlərdə uğurlar arzulayıram. Hamınıza xoşbəxtlik, cansağlığı, ailə səadəti arzulayıram.

Yeni iliniz mübarək olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq