AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ailənizə üz vermiş itki - əziziniz Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar kədərinizə şərik oluruq. Heydər Əlirza oğlu təkcə Azərbaycanın dövlətçiliyinin və iqtisadi qüdrətinin inkişafına böyük töhfə verməmiş, həm də Sovet İttifaqının dəmir yolu nəqliyyatı üçün yüksək məsuliyyət daşıdığı vaxtlarda gözəl insani keyfiyyətləri – sadə dəmiryolçulara diqqətcil və səmimi münasibəti ilə onların hörmət və məhəbbətini qazanmışdı.
Bizim ailəmiz Heydər Əlirza oğlunu tanıyır və ona dərin hörmət bəsləyirdi. O, SSRİ yollar nazirinin müavini B.A.Morozova daim kömək edərək Sovet İttifaqının dəmir yol nəqliyyatı təsərrüfatının inkişafına əvəzsiz töhfə vermişdi. Azərbaycanın və Sovet İttifaqının əfsanəvi rəhbərinin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Dərin hüznlə başsağlığımızı qəbul edin.
Hörmətlə,
A.B.Morozov,
“Mejtrans” QSC-nin baş direktoru.
Moskva, 16 dekabr 2003-cü il.