AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın vəfatı xəbəri məni çox kədərləndirdi. Mən hələ də 1998-ci ilin oktyabrındakı görüşümüz zamanı onunla olan fikir mübadiləsini xatırlayıram.
Heydər Əliyevin simasında Azərbaycan adı ölkənin müvəffəqqiyyətli iqtisadi və siyasi inkişafı ilə bağlı olan böyük bir şəxsiyyəti itirmişdir. On il ərzində Sizin atanız Prezident kimi Azərbaycanın taleyini həll etmiş və bununla da regionda siyasi sabitliyi təmin etmək və iqtisadiyyatın, infrastrukturun inkişafı yolunda işlərinə görə dünya miqyasında tanınmışdır.
Biz həmçinin böyük hörmət və minnətdarlıqla onun bizim firma ilə qarşılıqlı inama əsaslanan əməkdaşlığa olan böyük diqqətini qeyd etmək istərdik. Bu mənada biz Sizin ölkənizlə uzunmüddətli əlaqələrimizi daha da inkişaf etdirmək yolunda öz səylərimizi davam etdirəcəyik.
Mən xalqınıza və şəxsən Sizə və ailənizə üz vermiş böyük itki ilə əlaqədar səmimi başsağlığı verirəm.
Dərin hörmətlə,
Henrix fon Pirer Almaniyanın “Simens” SC İdarə heyətinin sədri
16 dekabr 2003-cü il.