AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Sizə və Azərbaycan xalqına üz vermiş ağır itki – atanız Prezident Heydər Əliyevin uzun sürən xəstəlikdən sonra vəfat etməsi ilə əlaqədar monqol xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Xalqımız onu yaxın dost, bütün ömrünü Vətənin – müstəqil Azərbaycan Respublikasının inkişafına və çiçəklənməsinə həsr etmiş görkəmli övlad kimi yaxşı tanıyır.
Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Natsagiyn Baqabandi
Monqolustanın Prezidenti
Ulan Bator, 15 dekabr 2003-cü il.