AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Prezident Heydər Əliyevin vəfatı barədə kədərli xəbəri dərin hüznlə qarşıladım. Mənə görkəmli dövlət xadimi, çox səmimi və açıqürəkli insan kimi onu şəxsən tanımaq şərəfi qismət olmuşdur.
Ölkənin müdrik və görkəmli rəhbərinin, gözəl insanın və bütün ömrünü öz Vətəninə və xalqına fədakarcasına xidmətə həsr etmiş Azərbaycanın sədaqətli oğlunun vəfatı ilə əlaqədar ən dərin hüznlə başsağlığımı qəbul edin. Atanız Azərbaycanın müstəqilliyinin təşəkkülü və möhkəmlənməsində, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsində görkəmli rol oynamışdır.
Azərbaycan xalqının görkəmli oğlunun xatirəsi qəlbimdə daim yaşayacaqdır.
Dərin hörmətlə,
Takehiro Toqo
“Mitsui” Qlobal Strateji Araşdırmalar
İnstitutunun baş müşaviri
Tokio, 19 dekabr 2003-cü il.