AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dekabrın 12-də Azərbaycan xalqına böyük bir itki üz verdi - görkəmli siyasi xadim Prezident Heydər Əliyev əbədiyyətə qovuşdu. Bununla əlaqədar Sizə, ailə üzvlərinizə və bütün Azərbaycan xalqına öz adımdan, habelə Fransadakı Azərbaycan diasporu adından dərin hüznlə başsağlığı verirəm.
Cənab Heydər Əliyev Azərbaycan tarixində parlaq bir şəxsiyyət kimi özünü göstərdi. O, Azərbaycanın müstəqilliyini təmin edib dövlətin sükanı arxasında duraraq, Azərbaycanı inamla irəliyə apara bildi, Azərbaycan dövlətinin indiki və gələcək inkişafı üçün möhkəm təməl qoydu.
Heydər Əliyevin fəaliyyəti, nadir siyasi və diplomatik məharəti, uzaqgörənliyi sayəsində Azərbaycanın adı beynəlxalq səviyyədə səslənməyə başladı, dünya miqyasında onun əhəmiyyəti artdı.
Heydər Əliyev Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri ilə birbaşa ünsiyyətə çıxarıb onun tam mənada müstəqil dövlət olduğunu sübut edə bildi.
Heydər Əliyev öz həyatını Azərbaycanın firavanlığına həsr etdiyinə görə, ona bir daha dərin minnətdarlığımızı bildirır və rəhmət diləyirik.
Allah rəhmət eləsin.
Səid İsmailoff
Parisdəki Azərbaycan Evinin sədri.