AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, ümummilli lideriniz, dünya miqyaslı siyasətçi, öz millətinin uzaqgörən və müdrik rəhbəri Heydər Əliyevin vaxtsız vəfatı ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verək.
Heydər Əliyevin vəfatı xəbəri məni sarsıtmışdır. Bu əfsanəvi insanı şəxsən tanıdığıma, fəxrlə özümü onun dostu saydığıma görə bu itki mənim üçün ikiqat ağırdır.
Mənim iki Vətənim var - Böyük Britaniya və Hindistan. Mən bu ölkələrin dahi şəxsiyyətləri ilə fəxr edirəm. Heydər Əliyev haqqında düşünərkən mən onu, mübaliğəsiz olaraq, Uinston Çörçill və Cəvahirləl Nehru ilə müqayisə edirəm. Bu dahi insanlar bütün şüurlu həyatlarını öz xalqlarının xöşbəxtliyinə və səadətlərinə həsr etmişlər. Müasir dünyada ikinci elə rəhbər tanımıram ki, Heydər Əliyev kimi o, öz sələflərindən miras qalmış, dağılmaq təhlükəsi qarşısında olan bir ölkəni qəbul edib, qısa bir müddət ərzində onu çiçəklənən və sürətlə inkişaf edən bir ölkəyə çevirmiş olsun.
İtki böyükdür, ağrı dözülməzdir. Lakin əminik ki, cənab Prezident, Siz, Azərbaycan xalqı ilə birgə, bu çətin sınağın öhdəsindən gələcək, atanızın, bütün Azərbaycan xalqının Atasının başladığı işləri ləyaqətlə davam etdirəcəksiniz.
Biz bu gün Sizinləyik, Azərbaycan xalqıylayıq. Azərbaycan xalqına üz vermiş ağır itki biz investorları Heydər Əliyevin nəzərdə tutmuş olduğu nəhəng planların həyata keçirilməsi üçün bundan sonra ikiqat qüvvə ilə səy göstərməyə çağırır və biz bunu edəcəyik.
Tanrı Ona yar olsun!
Caşvant Şah
“M. C. Grup” şirkətinin prezidenti
London, 13 dekabr 2003-cü il.