AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab İlham Əliyev!
“Prokter ənd Gembl” şirkəti Prezident cənab Heydər Əliyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, Azərbaycan dövlətinin qurucusu cənab Heydər Əliyevin vəfatı xəbəri Azərbaycan xalqı kimi, bizi də çox sarsıtdı.
Allah qəni-qəni rəhmət eləsin, başınız sağ olsun!
Pol Hart
”Prokter ənd Gembl” şirkətinin Qafqaz və
Mərkəzi Asiya respublikaları üzrə baş meneceri və vitse-prezidenti.