AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın vəfatı xəbəri ailəmizi çox kədərləndirdi. O, dünyanın ən mühüm liderlərindən biri idi. Onun insanlara həyatda özünə layiq yer tutmasına kömək etməyə marağı və qabiliyyəti var idi.
Prezident görkəmli lider idi və o, beynəlxalq aləmdə yaranmış bir neçə ən mürəkkəb və çətin vəziyyətin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Onun vəfatının Sizin və ailəniz üçün böyük itki olduğunu bilirəm. Atanızın vəfatı ona bizim kimi çox böyük hörmət bəsləyən və onu tanımaqdan çox bəhrələnən insanlar üçün də ağır itkidir.
Səmimiyyətlə,
Riçard Matske
“ŞevronTeksako” Korporasiyası
Direktorlar Şurası sədrinin
keçmiş birinci müavini
15 dekabr 2003-cü il.