AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dəfələrlə üzbəüz görüşlərimizdə daxilən bəşəriyyətin və mənsub olduğu xalqın tərəqqisi dərdi ilə yaşayan bir insan kimi tanıdığımız möhtərəm cənab Heydər Əliyevin indi aramızda olmamasını təsəvvür etmək mümkün deyildir. Bu itki yalnız Azərbaycanın deyil, bütün Qafqaz və Orta Asiyanın, ümumən türk dünyasının itkisidir.
Kədərimiz böyükdür, bu əvəzsiz itki ilə əlaqədar Sizin şəxsinizdə bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, dərdinizə şərik oluruq.
Lakin təskinliyimiz də vardır. Azərbaycan xalqının Heydər Əliyevin siyasi xəttini ləyaqətlə davam etdirən Sizin kimi ləyaqətli varisi və davamçısı vardır. Heydər Əliyev ideallarına, siyasətinə sadiq Azərbaycan xalqı vardır. Deməli, Heydər Əliyev cismən vəfat etsə də, yenə də bizim qəlbimizdə yaşayır və daim yaşayacaq, yolumuzu işıqlandıracaqdır.
Başın sağ olsun, Azərbaycan!
Dərin hüznlə,
Adəm Öcal,
“Gökcan” tibb şirkətinin
baş drektoru.