AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Müasir Azərbaycan dövlətinin qurucusu kimi adı tarixə yazılacaq dünya miqyaslı dövlət xadimi, çox hörmətli atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndik.
Heydər Əliyev uzun və hadisələrlə dolu siyasi həyatında sülh və milli barışıq adamı kimi, beynəlxalq hüququn ədalətli prinsipləri əsasında böyük Qara Dəniz regionunda və bütün dünyada konstruktiv əməkdaşlığın qətiyyətli himayəçisi kimi şəksiz nüfuz qazanmışdır.
Onunla şəxsən görüşdüyümüzə və müdrik sözlərini dinlədiyimizə görə bu kədərli və əbədi itki bizi xüsusilə mütəəssir etmişdir.
Bu kədərli anda Zati-alinizə, ağır itki üz vermiş ailənizə və məğrur Azərbaycan xalqına səmimi başsağlığı veririk.
Yannis Papanikolau,
Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq
Mərkəzin baş direktoru,
Sergiu Kelas,
baş direktorun müavini.
Afina, 16 dekabr 2003-cü il.