AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – görkəmli dövlət xadiminin vəfatı ilə əlaqədar ən dərin hüznlə başsağlığımı qəbul edin.
Heydər Əlirza oğlu Əliyevi siyasi cəsarətinə, insani müdrikliyinə, öz Vətəninə fədakarcasına xidmətinə görə ölkəmizdə yaxşı tanıyır və hörmət bəsləyirdilər.
Əminəm ki, Sizin üçün bu çətin vaxtda Azərbaycan xalqı atasının işinin etibarlı davamçısı olan öz Prezidenti ətrafında daha sıx birləşəcəkdir.
Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Hörmətlə,
Aleksandr Lukaşenko,
Belarus Respublikasının Prezidenti.
Minsk, 13 dekabr 2003-cü il.