AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
ATƏT-in Bakı ofisi baş vermiş itki ilə bağlı Prezident Heydər Əliyevin ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Azərbaycanın qurucu atası olan Prezident xalqına sülh, rifah və sabitlik yaradılması məqsədi ilə bütün enerjisini sərf etmiş lider kimi yaddaşlarda qalacaqdır. Onun yorulmaz səyləri məhz bu məqsədə nail olmaq və ölkəni regionun çiçəklənən, sabit və əmin-amanlıq şəraitində yaşayan demokratik məkan kimi görmək üçün Azərbaycanın gələcək liderlərinə yol açdı.
Ən dərin hörmət və ehtiramla,
Piter Burhard,
Səfir, ATƏT-in Bakı ofisinin
rəhbəri.
13 dekabr 2003-cü il.