AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini Dərbənddə dərin kədər hissi ilə qarşıladılar.
Dünya ictimaiyyəti onun simasında ən təcrübəli siyasətçilərdən və nüfuzlu rəhbərlərdən birini itirdi. Onun bütünlüklə öz xalqına həsr etdiyi həyatı siyasətçilərin bir çox nəsli üçün nümunədir. Heydər Əlirza oğlu Azərbaycanın müstəqilliyi və suverenliyinin beşiyi başında dayanmışdı. Ardıcıl beynəlmiləlçi kimi o, təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda sülhə, dostluğa və sabitliyə nail olmaq üçün çox qüvvə sərf etmişdir.
Heydər Əlirza oğlu Əliyevin nurlu obrazı qədirbilən bəşəriyyətin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərbənd şəhəri sakinlərinin
mitinqinin iştirakçıları
15 dekabr 2003-cü il.