AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əvəzsiz itki – Heydər Əlirza oğlu Əliyevin həyatdan getməsi ilə əlaqədar Belarus Respublikasının Prezidenti və hökuməti adından dərin hüznlə başsağlığı verirəm.
Bu insan həmişə parlaq, ilhamlı, əqidəli şəxsiyyət olmuşdur. O, belarus xalqının səmimi dostu idi. Xalqımız onun xatirəsini qəlbində yaşadacaqdır.
Heydər Əlirza oğlu müstəqil Azərbaycanın bünövrəsini qoymuş, demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmışdır. Onunla ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olanların hamısı ona bəslədikləri ən səmimi hissələri həmişə qəlblərində saxlayacaqlar.
Mixail Xvostov
Belarusun ABŞ-dakı səfiri
Vaşinqton, 15 dekabr 2003-cü il.