AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qardaş Azərbaycan xalqının görkəmli siyasi xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin. Heydər Əlirza oğlu təkcə Azərbaycan xalqının deyil, həm də bütün keçmiş Sovet İttifaqının lideri və siyasi xadimi idi. Ölkəmizdə Heydər Əliyevi yaxşı tanıyırdılar və o, cəmiyyətin bütün təbəqələrində çox böyük hörmət qazanmışdı. Biz Sizin dərdinizə şərik çıxırıq və ümid edirik ki, Siz, Azərbaycanın yeni seçilmiş Prezidenti, Heydər Əlirza oğlunun işinin layiqli davamçısı olacaqsınız.
Bir daha mənim səmimi başsağlığımı qəbul edin.
X. Zaripov
Tacikistan Respublikasının ABŞ-dakı səfiri
Vaşinqton, 15 dekabr 2003-cü il.