AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türkmənistanın ABŞ-dakı səfirliyi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının həyatında bütöv bir epoxa, xüsusilə müstəqil Azərbaycanın təşəkkül tapdığı illər Prezident Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Şərq müdrikliyinin təcəssümü və zəmanəmizin böyük siyasətçisi idi.
Onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Meret Orazov
Türkmənistanın ABŞ-dakı səfiri
Vaşinqton, 16 dekabr 2003-cü il.