AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın böyük lideri Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm. O, böyük lider idi və öz uzaqgörənliyi ilə Azərbaycan xalqına sülh və firavanlıq bəxş etmişdir. Prezident Heydər Əliyevlə şəxsi dostluğumu yüksək qiymətləndirirəm və onunla Bakıda, İstanbulda, Nyu-Yorkda, Hyustonda və Vaşinqtondakı görüşlərimiz haqqında xoş xatirələri heç vaxt unutmayacağam. O, böyük lider və dost idi və biz hamımız onu xatırlayacağıq.
Qreq Laflin
Amerika Birləşmiş Ştatları
Konqressinin keçmiş üzvü
17 dekabr 2003-cü il.