AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) atanız, Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə, ailənizə və Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verir.
Həmkarlarım və mən beynəlxalq ictimaiyyət arasında böyük hörmət və ehtirama malik olan Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı haqqında xəbəri böyük kədərlə qarşıladıq.
Dərin hörmətlə,
Yoost van der AALST
BMqT-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
13 dekabr 2003-cü il.