AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əliyevin vəfatı xəbərini eşitdim və ən səmimi kədər hisslərimi və başsağlığımı Sizə bildirmək istəyirəm.
Heydər Əliyev Sovet İttifaqının, Qafqazın və öz ölkəsinin tarixində iz qoyacaqdır.
Atanızla ilk dəfə görüşmək xoşbəxtliyi mənə 1994-cü ildə nəsib olmuşdu və o, mənim xatirimdə dahi insani keyfiyyətləri ilə yanaşı, hədsiz mədəniyyət və nadir zəka sahibi kimi qalmışdır.
Bir daha Sizə və kədər içində olan Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, xahiş edirəm ən səmimi hisslərimə əmin olasınız.
Jil Remi
Fransanın “SİFAL” şirkətlər qrupunun prezidenti
Paris, 15 dekabr 2003-cü il.