AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Gözəl insan, Azərbaycan xalqının böyük oğlu dünyasını dəyişdi. O, dünya siyasəti tarixində görkəmli dövlət xadimi və siyasətçi kimi qalacaqdır.
Heydər Əlirza oğlu xoşbəxt adamdır. O, ölkəni qurdu, layiqli oğul böyütdü və bütün həyatını həsr etdiyi işi ona tapşırdı.
Uzun illər tanıdığım və dərin hörmət bəslədiyim Heydər Əlirza oğlunun vəfatı ilə əlaqədar bu ağır matəm günlərində ən səmimi başsağlığımı qəbul edin.
Kanat Saudabayev,
Qazaxıstanın ABŞ-dakı səfiri.
Vaşinqton, 15 dekabr 2003-cü il.