AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizə və bütün Azərbaycan xalqına üz vermiş itki - atanız cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və dərdinizi bölüşürük.
Cənab Heydər Əliyev Prezident vəzifəsində olarkən Roma Papası Azərbaycanı ziyarət etdi və cənab Prezident bütün konfessiyalara, o cümlədən bizim Roma katolik konfessiyasına səmimi, xeyirxah tolerant münasibət göstərdi. Həmin vaxt o, özünü müdrik, geniş dünyagörüşlü ölkə başçısı olduğunu bir daha göstərdi.
Əbədi həyata inanan insanlar olaraq dua edirik ki, Tanrı onu əbədi behiştlik etsin.
Allah rəhmət eləsin.
P.Jan Çapla,
Azərbaycandakı “Missio Sui İuris”
katolik kilsəsinin ordinarı.
13 dekabr 2003-cü il.