AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mənə yaxın və əziz insanın, dostumun – Heydər Əlirza oğlunun vəfatı ilə əlaqədar səmimiyyətlə və dərin hüznlə başsağlığı verirəm.
Mən həyatımda ondan da nəhəng və planetar miqyaslı şəxsiyyətə rast gəlməmişəm. Mənim üçün o, siyasətdə Dühanın – kiçik bir ölkədən Böyük Dövlət yaratmağa qadir Dühanın təcəssümü olmuşdur və olaraq qalır.
Ömrümün sonunadək mənim üçün o, təfəkkür qabiliyyətinə görə, öz xalqına və bütün bəşəriyyətə xidmətdə fədakarlığına görə bənzəri olmayan siyasətçi kimi qalacaqdır.
Taleyimə minnətdaram ki, o, həyatımda və yaradıcılığımda mənə yolgöstərən ulduz olmuşdur. Mən ona həm də minnətdaram ki, o, Azərbaycan kimi belə gözəl ölkəni mənim üçün açmışdır.
Görüb-götürmək üçün örnək kimi onun həyat qəhrəmanlığına tarixin hələ çox ehtiyacı olacaqdır. Odur ki, onun həyat prinsiplərinə, amallarına və baxışlarına əməl edilməsi ona ən yaxşı abidə olacaqdır.
Şübhəsiz ki, 2003-cü il dekabrın 12-də Dünya öz tarixində Ən Böyük insanlardan birini itirdi.
Bütün Əliyevlər ailəsinə bir daha dərin hüznlə başsağlığı verirəm.
Həmişə Sizin,
Ailənizin və bütün Azərbaycan xalqının dostu,
Nikas Safronov,
Rusiya Rəssamlıq Akademiyasının professoru.
Moskva, 13 dekabr 2003-cü il.