AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar “Maykrosoft”un Rusiyadakı və MDB ölkələrindəki nümayəndəliyi adından və şəxsən öz adımdan dərin başsağlığını qəbul edin.
Cənab Heydər Əliyevin Azərbaycanın inkişafına töhfəsi ölçüyəgəlməzdir. Biz ürəkdən təəssüflənirik ki, ömrünü öz xalqının tərəqqisinə, millətin sıx birliyinə və beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsinə həsr edən belə insanlar həyatdan vaxtsız gedirlər.
Biz Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması üçün çox işlər görmüş, Qafqaz regionunda sülhün və sabitliyin qorunub saxlanmasını öz siyasətinin əsası kimi seçmiş insanın əvəzsiz itkisini həmişə hiss edəcəyik.
Gözəl insanın və xalq liderinin vəfatından Sizinlə birlikdə kədərlənirik.
Dərin ehtiramla,
Olqa Derqunova,
“Maykrosoft” nümayəndəliyinin başçısı.
Moskva, 15 dekabr 2003-cü il.