AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın böyük lideri və uzaqgörən şəxsiyyəti Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar İsveç hökuməti adından dərin hüznlə səmimi başsağlığı verirəm. ATƏT-in Minsk qrupunun keçmiş sədri kimi mən Dağlıq Qarabağ məsələsinin ədalətli, dinc həllini tapmaq üçün yüz saatlarla birlikdə çalışdığım şəxsiyyətin vəfatını öz itkim kimi hiss etdiyimi bildirirəm. Onunla işlədiyim müddət ərzində aramızda mənim siyasi, eləcə də şəxsi həyatımda çox yüksək qiymətləndirdiyim səmimi dostluq münasibətləri yaranmışdı.
Azərbaycan hökumətinə və xalqına rəğbət hisslərimi bildirir və başsağlığı verirəm.
Yan Eliasson
İsveç Krallığının Amerika Birləşmiş
Ştatlarındakı səfiri
17 dekabr 2003-cü il.