AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, uzun müddət Azərbaycan Respublikasının Prezidenti olmuş dəyərli atanızın vəfatı ilə əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyəti və idarələri adından və öz adımdan səmimi başsağlığımızı yetirim.
Zati-aliləri cənab Heydər Əliyev müasir və müstəqil Azərbaycan Respublikasının yeni tarixində ölçüyəgəlməz iz buraxmışdır.
Möhtərəm cənab Prezident, Sizin ailənizə və Azərbaycan Respublikasının xalqına dərin kədərimi lütfən bildirməyinizi xahiş edirəm.
d-r Draqan Coviç
Bosniya və Herseqovina
Rəyasət Heyətinin sədri
Sarayevo, 15 dekabr 2003-cü il.