AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dünyanın ən problemli bölgələrindən birində ömrünü türk dünyasına xidmətdə keçirən dəyərli dövlət adamı Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. Mərhum Heydər Əliyev Qafqazda və Orta Asiyada sabitliyin təmin edilməsi və demokratiyanın bərqərar olmasına çox böyük töhfə vermişdir. Onun bayrağını daşımaq vəzifəsini öhdəsinə götürən və dəyərli oğlu olan Azərbaycan Prezidenti İlham Əliyevə, yaxınlarına, Azərbaycan xalqına və türk dünyasına ən dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirəm.
Hamımızın başı sağ olsun.
Fətullah Gülən
Türkiyə Qəzetçilər və Yazıçılar Vəqfinin
fəxri sədri.