AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dost və qardaş Azərbaycanın suverenlik, müstəqillik, rifah və sabitliyinin yaradıcısı, böyük dövlət və siyasət xadimi möhtərəm atanızın vəfatı ölkənizdə olduğu kimi, Türkiyədə və bütün türk dünyasında da böyük kədər hissi ilə qarşılanmışdır.
Türk dünyasının uca övladı, Azərbaycanın atası, mərhum Prezident, əziz dostumuz Heydər Əliyevə Tanrıdan rəhmət diləyir, kədərli ailəsinə və millətinə başsağlığı verirəm.
Hörmətli Prezident, onun yolu ilə bacarıqlı rəhbərliyiniz altında qardaş Azərbaycanın daha da irəliləyəcəyinə əminliklə hörmət və ehtiramlarımı çatdırıram.
İsmət Sezgin,
Türkiyənin keçmiş naziri.