AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Həmkarlarım və mən Atanızın vəfatı barədə faciəli xəbərdən olduqca kədərlənmiş və qüssələnmişik. Hər halda, o, əmin olmuşdur ki, Siz onun işlərini davam etdirəcəksiniz və mən Sizə uğurlu gələcək barədə ən səmimi arzularımı yetirirəm. Ümidvaram ki, qarşıdan gələn Yeni il Sizin üçün daha uğurlu olacaqdır və mənim hər hansı köməyimə ehtiyac olarsa, məni məlumatlandırmağa tərəddüd etməyin.
Nə vaxt Böyük Britaniyaya səfər etsəniz, Sizi burada salamlamaqdan şərəf duyardım. Bir daha Sizə başsağlığı verir və ən xoş mövsümi təbriklərimi yetirirəm.
Hörmətlə,
Braunstoun lordu Canner.