AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanda olduğumuz müddətin bizim üçün xüsusi əhəmiyyəti var idi. Azərbaycan tarixinin çox böyük əhəmiyyətli vaxtında Birləşmiş Ştatları təmsil etmək böyük şərəf idi. Orada olduğum üç il müddətində - ABŞ səfiri kimi etimadnaməmi təqdim etdiyim gündən ölkəni tərk etdiyim günədək Heydər Əliyev bizim üçün yalnız Azərbaycanın Prezidenti deyil, həm də ailəmizin sevinc və kədər hisslərini bölüşən İNSAN kimi xatirimizdə qaldı. Oğlumuz Rik vəfat edərkən Prezident Əliyev birinci olaraq öz başsağlığını verdi. Ənn və mən onun ifadə etdiyi dostluq və hörmət hisslərini həmişə qəlbimizdə ən zəngin xəzinə kimi yaşadacağıq.
Azərbaycan dövlət müstəqilliyinin çətin dövründə tab gətirə bildi. Heydər Əliyev o dövrün çox hissəsini ölkənin Prezidenti olmuş, nümayiş etdirdiyi liderliyi ilə Azərbaycanın suverenliyini təsdiq etmişdir. Həmin dövrdə Birləşmiş Ştatlar Azərbaycanla birgə möhkəm dayanmış və Prezident Heydər Əliyevlə işləyərək, Azərbaycanın müstəqilliyini gücləndirməyə çalışmışdır.
Onun vəfatı ilə bağlı matəm içində olan Azərbaycan xalqı müstəqillik qazandığı gündən bəri əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Xalqınız həm də Prezident Heydər Əliyevin sayəsində müstəqilliyini təmin etmiş, demokratik və müasir dövlət quruculuğu yoluna sadiqlik göstərmiş Azərbaycanın gələcəyinə nikbinliklə baxa bilər.
Bizim dualarımız onun vəfatı ilə bağlı kədər hissi keçirənlərlədir, xüsusilə onun ailəsi ilədir. Dua edirik ki, onlar bu kədərli vaxtda təsəlli tapa bilsinlər.
Dərin hörmətlə,
Riç və Ənn Kozlariçlər,
ABŞ-ın Azərbaycandakı sabiq səfiri və
onun xanımı.
15 dekabr 2003-cü il.