AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının və Sovet İttifaqının görkəmli dövlət xadimi, Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Ümumrusiya Azərbaycan Konqresinin Arxangelsk regional şöbəsi dərindən kədərləndiyini bildirir. Şöbənin adından Azərbaycan xalqına, onun yeni Prezidentinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Heydər Əlirza oğlunun nurlu adı xatirəmizdə və qəlbimizdə əbədi yaşayacaqdır.
Hörmətlə,
Cəmil Əliyev,
ÜAK-ın Arxangelsk regional şöbəsinin sədri.
Arxangelsk, 14 dekabr 2003-cü il.