AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət regional təşkilatı bütün Azərbaycan xalqına, Sizə və ailənizə dərin hüznlə başsağlığı verir. Heydər Əlirza oğlu Əliyevin həyat məramı belə idi: “Hər bir həqiqi azərbaycanlı öz Vətənini, torpağını, dövlətini bütün varlığı ilə sevməli və Azərbaycanın müstəqilliyini qorumalıdır”.
Hamımızın ürəkdən sevdiyi Heydər Əliyev qəlbimizdə əbədi yaşayacaqdır.
Q. Abbasov,
Ukrayna Azərbaycanlıları Konqresinin
Xarkov vilayət regional təşkilatının sədri.
Xarkov, 14 dekabr 2003-cü il.