AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Böyük insan və Böyük siyasətçi Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə Latviya azərbaycanlılarının “Azəri” cəmiyyəti və Latviyada yaşayan bütün azərbaycanlılar adından başsağlığı verirəm.
Latviya azərbaycanlılarının “Azəri” cəmiyyəti bu hüznlü gündə Sizinlə birlikdə kədərlənir və Sizi dəstəkləyir.
Əminik ki, Sizin möhkəm iradəniz, nüfuzunuz, prinsipiallığınız və ardıcıllığınız Atanızın – Böyük Heydər Əliyevin siyasətinin davamı olacaqdır.
Ulduzxan Əhmədov,
Latviya azərbaycanlılarının “Azəri”
cəmiyyətinin sədri.
Riqa, 14 dekabr 2003-cü il.