AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli Heydər Əliyevin vəfatı xəbəri Kanadalı Azərbaycanlılar Assosiasiyasının üzvlərini dərindən kədərləndirdi.
Heydər Əliyev qəlbimizdə və yaddaşımızda müdrik, çox möhkəm iradəli və Azərbaycan xalqına böyük xeyirxahlıq münasibəti bəsləyən adam kimi yaşayacaqdır. Əminik ki, onun Azərbaycan Respublikasının inkişafına verdiyi çox böyük töhfə daim məhəbbətlə yad olunacaq və onun təşəbbüsü ilə başlanmış işlər bundan sonra da davam etdiriləcəkdir. Heydər Əliyev yaddaşlarda daim çox böyük enerjiyə və müstəsna bacarığa malik adam kimi qalacaqdır.
Əziz cənab Prezident, Sizə səmimi qəlbdən başsağlığı verir və bu faciəli itki ilə əlaqədar kədərinizə şərik oluruq. Dərin hüznlə anlayırıq ki, Azərbaycan öz tarixində ən böyük oğullarından birini itirmişdir.
Allah rəhmət eləsin.
Ən səmimi rəğbətlə,
Adil Məsimov, Fuad Mustafayev,
Ulduz Rəhimov, Tatyana Sadıqova, Azər Səfər,
Kanadalı Azərbaycanlılar Assosiasiyasının
direktorlar şurasının üzvləri.