AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Heydər Əliyevin vəfatı xəbərini eşitdikdə dərindən kədərləndim.
Heydər Əliyevin vəfatı Azərbaycan və onun xalqı üçün dərin itkidir. O, Azərbaycana siyasi və iqtisadi sabitlik, xalqa sülh və əmin-amanlıq gətirmişdir. Həqiqətən də O, Azərbaycanı dünyada tanıdan bir simvol idi.
Cənab Heydər Əliyev Pakistan-Azərbaycan dostluğunun təməlini qoymuşdu və Pakistanın böyük dostu idi. Pakistan xalqı onun ölkəmizə etdiyi səfəri və İslamabadın Şəkər Pəryan parkında əkdiyi dostluq ağacını unutmayacaqdır.
Pakistanın Azərbaycandakı keçmiş səfiri kimi mən onunla bir neçə dəfə görüşmüşdüm və xatırlayıram ki, O, hər dəfə Pakistana səfəri barədə xoş xatirələrini və ölkələrimiz arasında dostluq münasibətlərindən danışardı.
Cənab Prezident İlham Əliyev, mən Allahdan ona rəhmət, baş vermiş itki ilə əlaqədar Sizə, ailə üzvlərinizə səbir diləyirəm. Zati-aliləri, mən həmçinin Sizin uğurlar əldə etməniz üçün dua edirəm və ümidvaram ki, Siz Azərbaycanın tərəqqisi və rifahına nail olacaqsınız.
Zati-aliləri, xahiş edirəm Sizə dərin ehtiramım barədə zəmanətimi qəbul edəsiniz.
Faiz Məhəmməd Xoso
Pakistan Xarici İşlər Nazirliyi
Avropa İdarəsinin baş direktoru.