AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əliyevin vəfat etməsi haqqında xəbəri çox böyük kədərlə qarşıladım.
Onunla görüşmək şərəfinə 2001-ci ilin sentyabr ayında, Senatın Fransa-Azərbaycan dostluq qrupunun o vaxtkı sədri, keçmiş həmkarım Jan Buayenin müşayiəti ilə Azərbaycana ik səfərim zamanı nail olmuşdum.
Ölkəsində hüquqi dövlət qurulması, beynəlxalq aləmdə onun yerinin möhkəmləndirilməsi və Azərbaycan xalqının iqtisadi və sosial həyatının daha da yaxşılaşdırılması yolunda bu dövlət xadiminin siyasi uzaqgörənliyi məndə güclü təəssürat oyatmışdı.
Mən Dağlıq Qarabağ kimi ağrılı bir məsələnin sülh yolu ilə həlli yolunun axtarılmasında Prezident Heydər Əliyevin yorulmaz fəaliyyətini unutmuram.
Atanızın şəxsində Sizə üz vermiş bu ağır itki ilə bağlı dərin hüznlü başsağlığımı qəbul etmənizi xahiş edirəm.
Hörmətli cənab Prezident, Sizə böyük hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Ambruaz Düpon,
Senatın Fransa-Qafqaz parlamentlərarası
qrupunun sədri.
Paris, 16 dekabr 2003-cü il.