AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dəyərli dövlət xadimi, atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik.
Qardaş və dost Azərbaycanın yetirdiyi böyük dövlət adamı Heydər Əliyev ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsinə və dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə vermişdir.
Mərhuma Allahdan rəhmət diləyir, Sizə və xalqınıza ən səmimi başsağlığımızı yetiririk.
Mustafa Baş,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasında Türkiyə
qrupunun sədri,
Salih Kapusuz,
sədrin təmsilçisi
Ankara, 16 dekabr 2003-cü il