AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Atanız Heydər Əliyevin vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım. Onu şəxsən tanıyırdım və təşkilatımızın fəaliyyət və məqsədlərinə marağını yüksək qiymətləndirirəm.
Bu ağır hüznlü günlərdə Sizə və ailənizin üzvlərinə şəxsi kədər hisslərimi bildirirəm.
Cənab Prezident, Sizə dərin ehtiram hisslərimi çatdırıram.
Koiçiro Matsuura,
YUNESKO-nun Baş direktoru
Paris, 19 dekabr 2003-cü il