AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Böyük insan, dahi rəhbər Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə, ailə üzvlərinizə və bütün Azərbaycan xalqına başsağlığı veririk.
Kanadanın Kvebek vilayətində yaşayan həmvətənlərimiz bu böyük itkiyə görə Sizinlə birlikdə kədərlənirlər.
Eyni zamanda inanırıq ki, Siz Heydər Əliyevin tutduğu yolu şərəflə davam etdirəcək, xalqımızın xoşbəxt gələcəyi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Allah rəhmət eləsin.
Kvebek Azərbaycanlıları Federasiyası adından,
Məsud Əliyev
Kvebek, 15 dekabr 2003-cü il