AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın, hörmətli Heydər Əlirza oğlunun vəfatı barədə faciəli xəbəri dərin kədər hissi ilə eşitdik. Sizin üçün ağır olan bu günlərdə hər hansı bir təskinlik sözü Sizin və ailənizin düçar olduğu bu kədərlə müqayisədə mənasızdır. Sizin atanız heç də təkcə dövlətə on illərlə başçılıq etmiş dahi siyasətçi, bizə ünsiyyətdə olmaq şərəfi nəsib olmuş çox gözəl insan, mədəniyyət və incəsənətin sərraf bilicisi deyildi. O, hər şeydən əvvəl, öz xalqının və dövrünün ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirmiş parlaq şəxsiyyət idi. Biz Sizinlə birlikdə kədərlənirik. Əminik ki, Siz atanızın işini layiqincə davam etdirəcək, qonaqpərvər ölkənizin tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz. Bütün ailənizə bizim səmimi başsağlığımızı çatdırmağı Sizdən xahiş edirik.
İqor Moiseyev və onun
rəhbərlik etdiyi Rusiya Dövlət Akademik
Xalq Rəqs Ansamblı
Moskva, 15 dekabr 2003-cü il