AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar Sverdlovsk vilayətində yaşayan bütün Azərbaycan diasporu adından kədərləndiyimizi bildirir və Sizə başsağlığı veririk.
Həyatının son dəqiqələrinədək Heydər Əlirza oğlunun bütün fikri-düşüncəsi Azərbaycan xalqı ilə bağlı olmuşdur.
Heydər Əlirza oğlunun səyləri ilə Azərbaycan Respublikası vətəndaşlarının siyasi, iqtisadi, mənəvi və əxlaqı bərpa edilmişdir.
Heydər Əlirza oğlunun dövlət başçısı kimi yaradıcı, sıx birləşdirici rolunu biz heç vaxt unutmayacağıq, övladlarımız və nəvələrimiz də unutmayacaqlar.
Belə nüfuzlu və müdrik dövlət xadiminin itkisindən doğan ağrı böyük və sonsuzdur.
Lakin biz inanırıq ki, Heydər Əlirza oğlunun bütün arzuları Sizin qətiyyətiniz və iradəniz sayəsində həyata keçəcəkdir.
Sizin üçün ağır olan bu günlərdə bilin ki, biz həmişə Sizi dəstəkləyəcəyik, çünki Heydər Əlirza oğlunun möhtəşəm planlarının davamçısı olan Sizə inanırıq.
Böyük hörmətlə,
X.Qəmbərov
“Azərbaycan diasporu” Sverdlovsk
vilayət ictimai təşkilatı idarə heyətinin sədri.
Sverdlovsk, 15 dekabr 2003-cü il.