AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın, Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar “StoryTransQaz-Oyl Proqress” şirkətinin bütün kollektivi adından Sizə ən səmimi başsağlığımı yetirirəm. Heydər Əliyevi siyasətçi və ictimai xadim kimi fenomenal keyfiyyətlərlə yanaşı, müstəsna şəxsi insani keyfiyyətləri də fərqləndirirdi və hər dəfə onunla təkbətək ünsiyyətdə olmaq şərəfi nəsib olanda buna heyran qalırdım.
Son günlərinədək Azərbaycan xalqına sədaqətli olan Heydər Əliyev bütün həyatını Vətənimizin tərəqqisinə həsr etmişdir. Bu gün bütün dünyada Azərbaycan xalqının hər bir oğlu, hər bir qızı bu əvəzsiz itki ilə əlaqədar kədər hissi keçirir.
Heydər Əliyevin həyatdan getməsi ilə Azərbaycanın ən yeni tarixində bütöv bir dövr də başa çatdı. İrəlidə bizi öz çətinlikləri və uğurları, sevincləri və kədərləri olan yeni dövr gözləyir. Azərbaycan xalqı fəxr edir ki, yeni dövrə atasının layiqli oğlu Prezident İlham Əliyevin başçılığı ilə qədəm qoyacaqdır.
Bir daha səmimi başsağlığımı ifadə edirəm.
Nizami Piriyev,
“StroyTransQaz-Oyl Proqress”
neft-qaz şirkətinin baş direktoru
Moskva, 24 dekabr 2003-cü il