AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bütün ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş böyük rəhbər, görkəmli, müdrik siyasi xadim və dövlət xadimi Heydər Əliyevin vəfatı ilə əlaqədar Kareliya Respublikası Azərbaycanlılarının “Avesta” İctimai Birliyi Kareliyada yaşayan bütün azərbaycanlılar adından Sizə və bütün qohumlarınıza dərin hüznlə başsağlığı verir.
Heydər Əliyevin vəfatı xəbərini ürək ağrıları ilə qarşıladıq, biz kədər içindəyik. Xalqımızın böyük oğlu kimi onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Hörmətlə,
Zaman Rəsulov,
Kareliya Respublikası Azərbaycanlılarının
“Avesta” İctimai Birliyinin sədri
Petrozavodsk, 13 dekabr 2003-cü il.