AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri, dünya miqyaslı siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin vəfatı barədə xəbər bizi dərindən sarsıtdı. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası dünya miqyasında tanınmış dövlətlərdən birinə çevrilmişdir. Azərbaycanın inkişafında ən dəyərli tarixi hadisələr onun adı ilə bağlıdır.
Hörmətli cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin.
Hörmətlə,
Fikrət Əliyev,
“LUKoyl” ASC-nin prezidentinin Azərbaycan,
Gürcüstan və Türkiyədəki nümayəndəsi.
16 dekabr 2003-cü il.