AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan vətəndaşları üçün bu kədərli gündə əvəsiz itki – əziz və sevimli atanız Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Görkəmli siyasi xadim, millətin Atası, yeni Azərbaycanın bünövrəsini qoymuş bir insan həyatdan getdi. Heydər Əlirza oğlu bütün qüvvəsini, siyasi lider təcrübəsini, iradəsini və insani müdrikliyini bu işə həsr etdi. Şübhəsiz ki, onun əsas xidməti respublikada və bütövlükdə Cənubi Qafqaz regionunda vəziyyəti sabitləşdirməsi, ölkənin dövlət müstəqilliyi və demokratik inkişaf yoluna çıxarması, Azərbaycanın dünya birliyinə inteqrasiyasına nail olmasıdır.
Hörmətli İlham Heydər oğlu, Moskva Beynəlxalq Neft-Qaz Klubunun, energetika sahəsində əməkdaşlığın əlaqələndirilməsinin biznes aləmində məşhur olan bu orqanının üzvləri Böyük atanızın işini davam etdirən addımlarınızı alqışlayır və hesab edirlər ki, müasir şəraitdə bu siyasi xəttin alternativi yoxdur. Vaxt ölkədə siyasi sabitliyin bundan sonra da təmin olunmasını, müsbət iqtisadi və sosial proseslərin inkişafını, Heydər Əlirza oğlu tərəfindən işlənib hazırlanmış və energetika sahəsində fəal beynəlxalq əməkdaşlığa yönəlmiş neft-qaz strategiyasının həyata keçirilməsini təkidlə tələb edir. Bütün bunlar artıq indi Azərbaycanın bütün dünyada nüfuzunun möhkəmlənməsinə real kömək edir.
Əziz İlham Heydər oğlu, ailəniz və bütün Azərbaycan xalqı üçün bu kədərli günlərdə Sizi əmin etmək istəyirəm ki, biz Sizinləyik.
Dərin hörmətlə,
T.Bağırov,
Moskva Beynəlxalq Neft-Qaz Klubunun
Prezidenti.
Moskva, 15 dekabr 2003-cü il.