AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dahi siyasətçi, diplomat və xalqının lideri, opera sənətinin böyük sərrafı, Prezident cənab Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar biz, Gürcüstanın xalq artistləri, Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solistləri Natela Mkervalidze, Temur Ququşvili və Eldar Tesadze kədərlənir və əvəzsiz itkinin ağrısını Sizinlə bölüşürük.
Bir çox illər ərzində prezident konsertlərində və opera tamaşalarında iştirak etməyə gələrkən onun bizə göstərdiyi diqqəti həmişə xatırlayacağıq. Aparıcı partiyaları üçümüzün ifa etdiyi C.Puççininin “Toska” operası onun xüsusilə xoşuna gəlirdi. Çox təəssüflənirik ki, əziz Heydər Əliyevimizi son mənzilə yola salmağa imkanımız olmadı. Lakin biz burada, Tbilisidə dua edəcək və onun nurlu xatirəsini anacağıq.
Hörmətli cənab İlham Heydər oğlu!
Biz ürəkdən şadıq ki, başqa birisi deyil, məhz Siz Azərbaycanın layiqli Prezidentisiniz və səmimi qəlbdən Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkənizə tərəqqi arzulayırıq.
Böyük hörmətlə,
Natela, Temur, Eldar.
Tbilisi, 15 dekabr 2003-cü il