AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Əliyev!
Prezident Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığımı qəbul edin. Atanızın – tanınmış milli liderin vəfatı ilə əlaqədar Sizinlə və bütün Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm. Bütün dünyada layiqli hörmət və çox böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir.
Hörmətlə,
Faiq Əsgərov
“Arsenal” ASC-nin baş direktoru
Sankt-Peterburq, 15 dekabr 2003-cü il