AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə və Sizin şəxsinizdə bütün xalqınıza ən dərin başsağlığımı bildirim. Bu insan Vətəni üçün ən çətin anlarda onun müstəqilliyini, suverenliyini və azadlığını qoruyub saxlaya, iqtisadi inkişafın yeni mərhələlərinə çıxara bilmiş böyük vətənpərvər kimi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Onun Azərbaycanla Latviya xalqları arasında dostluğun möhkəmlənməsinə necə səmimi qəlbdən və diqqətlə yanaşdığını biz həmişə xatırlayacağıq. Latviya və Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin qaydaya salınmasını hər cəhətdən məhz Heydər Əliyev dəstəkləmişdir. Bu da iki ölkənin sahibkarları arasında geniş əməkdaşlığın inkişafına kömək etmişdir. Azərbaycanda işlədiyimiz uzun müddətdə əldə etdiyimiz təcrübə onun belə bir fikrinin uzaqgorənliyini sübut etdi ki, ölkələrimiz bir–birindən çox uzaqda olsa da, onların arasında ümumi cəhətlər çoxdur. Ölkələrimizin ikisi də dəniz sahillərində yerləşir, gözəl limanları vardır. Bizim ölkələrimiz üçün dünya tranzit yolları həddindən artıq vacibdir və bizim aramızda həmişə əməkdaşlıq və bir–birinə hörmət ruhu mövcud olmuşdur. Latviya nümayəndə heyətini qəbul edərkən onun əlimi möhkəm sıxması və xoş təbəssümü şəxsən mənim xatirimdə həmişəlik qalacaqdır. Həmin qəbulda onun erudi hərtərəfli biliyi, ölkəsinin və bütün dünya birliyinin inkişaf perspektivlərini görməsi böyük təəssürat buraxdı. O, həqiqətən də dünya miqyaslı bir İnsan idi!
Bir daha ən dərin başsağlığımı qəbul edin!
Səmimiyyətlə, Sizin
Valeri Kargin,
“PARES BANK”ın prezidenti
Riqa, 13 dekabr 2003-cü il