AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qardaş Azərbaycanın Türkiyə ilə qarşılıqlı dostluğa və əməkdaşlığa əsaslanan səmimi münasibətlərin bugünkü səviyyəyə çatmasında atanız mərhum Heydər Əliyevin səylərini türk xalqı unutmayacaqdır.
Dost və qardaş Azərbaycanın inkişaf etmiş və sabitlik şəraitində olan bir ölkə kimi beynəlxalq aləmdə öz yerini tutmasında böyük xidmətləri olan müdrik dövlət xadimi Heydər Əliyevin vəfatı bizləri dərindən yaralamışdır.
Bununla əlaqədar öz adımdan və Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, Zati-alinizə və mərhumun yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Mehmet Dülgər,
Türkiyə Böyük Millət Məclisinin
Xarici işlər komissiyasının sədri
Ankara, 16 dekabr 2003-cü il