AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Sizə və ailənizə, Azərbaycan hökumətinin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan, Otlarla Müalicə üzrə Beynəlxalq Federasiyanın və onun Ali Məclisinin üzvləri, habelə Sinay səhrasındakı bədəvi qəbiləsinin mənsubları və şeyxləri adından səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm.
Allah-Təaladan mərhumu öz dərgahına qəbul edib ən sadiq bəndələri, şəhidləri yanında yerləşdirməsini rica edirik. Mərhumun ailəsinə və qohumlarına Allahdan səbir arzulayırıq.
”Hamımız Allaha məxsusuq və Onun dərgahına qayıdacağıq.
şeyx Salih Zaid Salih Əli Əbdüləziz,
Birləşmiş Ərəb Əmirliklərindən Otlarla Müalicə
Beynəlxalq Federasiyasının təsisçisi və
Ali Məclisinin baş katibi, Sinay səhrasındakı
bədəvi qəbilələrinin şeyxi